Mahmud Bilgindən, İsveç
12 avqust 2025, 15:54
Hörmətli cənab Prezident,
Güney Azərbaycan Demokrat Partiyasının üzvləri adından Vaşinqtonda imzalanan Birgə Bəyannamə və Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması münasibətilə Azərbaycan xalqını və Sizi ürəkdən təbrik edirik.
Bu tarixi nailiyyət, cənab Prezident, Sizin qətiyyətli və uzaqgörən siyasətinizin, Azərbaycan millətinin birliyinin, həmçinin şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlığının nəticəsidir. Qarabağın işğaldan azad olunması ilə başlanan mübarizə bu gün sülhün təmin olunması ilə yeni mərhələyə qədəm qoyur.
Güney Azərbaycan Demokrat Partiyasınız üzvləri olaraq biz inanırıq ki, bu sülh sazişi bölgədə uzunmüddətli sabitliyə, əməkdaşlığa və Azərbaycan dövlətinin daha da güclənməsinə töhfə verəcək.
Eyni zamanda bu tarixi hadisə, Güney Azərbaycanda və bütün İranda yaşayan türklər üçün ümidverici bir hərəkət, milli iradənin və birlik ruhunun möhkəmlənməsinə səbəb olacaq mühüm bir mesajdır.
Bu tarixi gündə qalib Azərbaycan millətini bir daha təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk.
Yaşasın Azərbaycan! Yaşasın Güclü Azərbaycan Dövləti!
Hörmətlə,
Mahmud Bilgin, İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Demokrat Partiyasının mətbuat rəhbəri
İsveç Krallığı