Şahin Sərdarlıdan, Bakı, Azərbaycan
12 avqust 2025, 14:13
Möhtərəm cənab Prezident,
Bu tarixi məqamda Sizə sadəcə bir təşəkkür yox, Azərbaycan gəncləri adından bir zəfər andı yazmaq istəyirəm!
2025-ci il avqustun 8-də ABŞ-də imzalanan tarixi sənəd xalqımızın əsrlər boyu həsrətlə baxdığı ədalət qələbəsinin rəsmi möhürüdür. Bu sənəd minlərlə şəhidin ruhuna yazılmış zəfər andıdır, ana gözlərində yaşa çevrilmiş bir təskinlikdir, gənc nəsil üçün isə əbədi bir borc və məsuliyyətdir.
Mən bu məktubu, bir şəhid ailəsinin üzvü, 44 günlük müharibədə Şuşa şəhərində hərbi xidmət keçmiş bir gənc və bu gün minlərlə gəncin karyera inkişafında ciddi rol oynayan Karyera və İşə Hazırlıq Mərkəzinin rəhbəri kimi Sizə ünvanlayıram.
Sizin qətiyyətli siyasi iradəniz, milli maraqlara sadiqliyiniz və strateji baxışınız nəticəsində bu gün Azərbaycan gəncliyi öz gələcəyinə daha böyük ümidlərlə baxır. Biz artıq müharibə yox, quruculuq və inkişaf dövrünün övladlarıyıq
Siz bu xalqın tarixində yalnız torpaqların azadlığını təmin edən lider yox, əldə etdiyi zəfəri siyasi masada qoruyan nadir rəhbərlərdən biri kimi həkk olundunuz. Siz bizə təkcə torpaqları yox, qalib bir kimlik, güclü bir dövlət, inandığımız gələcək qazandırdınız.
Bu gün hər bir azərbaycanlı gənc başını dik tutur, çünki arxasında Sizin kimi qətiyyətli, xalqına sadiq və tarix yazan bir lider var.
Cənab Prezident, biz – Azərbaycan gəncliyi olaraq – bu Zəfərin qoruyucusu olacağımıza, bu sülhün məsuliyyətini güclü gələcək naminə daşıyacağımıza, milli dəyərlərimizə və dövlətçiliyimizə daim sadiq qalacağımıza zəfər andı içirik!
Azərbaycan gəncləri adından bir daha Sizə dərin təşəkkürümü bildirir, xalqımıza daim əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Şahin Sərdarlı,
Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi
Azərbaycan Respublikası, Bakı şəhəri.