Güney Azərbaycan Demokratik Türk Birliyindən
12 avqust 2025, 10:50
Hörmətli cənab Prezident,
ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş zamanı Zəngəzur dəhlizinin açılması barədə əldə olunan razılıq münasibətilə Sizə – Müzəffər Ali Baş Komandanımıza, 50 milyondan çox olan dünya azərbaycanlılarına və bütün türk dövlətlərinə ürəkdən təbriklərimizi çatdırırıq.
Sizin uzunmüddətli, müdrik və uğurlu siyasətinizin bu gün daha bir tarixi nəticəsini görməkdən böyük qürur duyuruq. Diplomatik arenada atılan bu mühüm addım – Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın deyil, bütün türk dünyasının strateji, iqtisadi-siyasi mövqeyini gücləndirəcəkdir.
Hörmətli cənab Prezident!
Bu gün biz azərbaycanlılar xoşbəxtik ki, Sizin rəhbərliyiniz dövründə belə əlamətdar hadisələrə şahidlik edirik. Azərbaycanın inkşafını gözü götürməyənlər artıq başa düşməlidirlər ki, bölgədəki oyunları iflasa uğrayıb və bundan sonra ölkəmizə qarşı yanlış addım atmağa cəsarət edə bilməzlər.
Yaşasın Azərbaycan!
Yaşasın Türk birliyi!
Hörmətlə,
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB).