logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dursun Cavadovadan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

12 avqust 2025, 10:25

Hörmətli cənab Prezident,

Amerikada Azərbaycan, Amerika və Ermənistan liderləri tərəfindən imzalanmış Birgə Bəyannamə ilə ölkəmiz və xalqımız üçün tarixi əhəmiyyət daşıyan böyük bir addım atılmışdır.

Sizin rəhbərliyinizlə əldə olunan bu sülh razılaşması xalqımızın gələcəyi üçün əminlik, dövlətimiz üçün isə daha möhkəm təhlükəsizlik təmin edir.

Sülhün bərqərar olması naminə göstərdiyiniz yorulmaz səylərə və qətiyyətinizə görə şəhid anaları adından Sizə minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar, möhkəm cansalığı və ölkəmizə xidmət yolunda yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Cavadova Dursun Salman qızı, şəhid anası

Azərbaycan Respublikası, Şəki rayonu, Kiş kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi