Fərid Əzizovdan, Salzburq, Avstriya
12 avqust 2025, 10:10
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında 8 avqust 2025-ci il tarixində imzalanmış Birgə Bəyannamə münasibətilə Sizi Avstriyada yaşayan bütün soydaşlarımız adından səmimi-qəlbdən təbrik edirəm.
Sovetlər İttifaqının süqutundan sonra Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları və müharibə nəticəsində minlərlə vətəndaşımız şəhid olmuş, torpaqlarımız işğal edilmişdi. Lakin 44 günlük Vətən müharibəsində Sizin dəmir iradəniz, müdrik siyasi qərarlarınız və xalqımıza bəxş etdiyiniz əzmkarlıq ruhu sayəsində Azərbaycan möhtəşəm qələbə qazandı, tarixi ədalət bərpa edildi və işğal altındakı torpaqlarımız azad olundu.
Müharibədən sonra Sizin uzaqgörən siyasətiniz nəticəsində bölgədə sülhə doğru ardıcıl və qətiyyətli addımlar atıldı. Nəhayət, Sizin yorulmaz fəaliyyətiniz və qətiyyətiniz sayəsində tarixi Bəyannamə imzalandı, qan tökülməsinə son qoyuldu və regiona sabitlik gətirildi.
Biz, Avstriyada yaşayan azərbaycanlılar olaraq, Sizin müdrik rəhbərliyinizə güvənir, Azərbaycanın gələcəyinə böyük inam bəsləyirik. Vətənimizin günü-gündən inkişaf etməsi, beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin fədakar xidmətlərinizin nəticəsidir. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ali vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.
Qürbətdə yaşasaq da, qəlbimiz hər zaman Vətən sevgisi ilə döyünür. Biz Avstriyada yaşayan soydaşlarınız olaraq, Sizin siyasətinizi qətiyyətlə dəstəkləyir, gördüyünüz işlərlə qürur duyuruq.
Hörmətlə,
Əzizov Fərid, Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Salzburq Azərbaycan Evinin rəhbəri, Karate üzrə Dünya və Avropa çempionu
Avstriya Respublikası, Salzburq şəhəri.