logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hidayət Nifdullayevdən, Saatlı, Azərbaycan

Text size icon-size icon-size

11 avqust 2025, 15:13

Hörmətli cənab Prezident,

Siz hər zaman şəhid ailələrinin, qazilərin, ümumilikdə Azərbaycan xalqının arxa dayağı olmusunuz, hər zaman xalqımızın rahat və firavan yaşaması üçün əlinizdən gələni etmisiniz.

Otuz il işgal altında olan torpaqlarımız Sizin uğurlu xarici siyasətiniz və Ordumuza göstərdiyiniz diqqət və qayğınız sayəsində düşmənlərdən geri alındı.

Ölkəmizdə cəmiyyətin bir hissəsi olan əlillərə dövlət qayğısı ildən ilə yüksəlir. Bu qayğı nəticəsində əlillər cəmiyyətin həyatında fəal iştirak edir, onlara daha çox mənəvi dəstək, humanist münasibət göstərilir. Rayonumuzda da qazi və şəhid ailələrinin sosial problemləri hər zaman diqqət mərkəzindədir.

Mən I dərəcəli hərbi əliləm. Mən və ailə üzvlərin əhatə olunduğumuz qayğıya, həmçinin rayonumuzda şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara, xəstə uşaqlara göstərilən diqqətə görə Sizə minnətdaram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Nifdullayev Hidayət Davud oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi