Nazim Zeynalovdan, Hacıqabul, Azərbaycan
06 avqust 2025, 14:30
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan!
Milli mətbuatımızın 150 illiyi münasibətilə bir qrup jurnalisti təltif etdiyinizə, mətbuatın inkişafına daim diqqət yetirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
44 günə 30 ilə yaxın işğal altında olmuş torpaqları azad edən qalib Sərkərdə, müzəffər Ali Baş Komandan, Siz hər zaman jurnalistlərin yaxın dostu, himayəçisi olmusunuz.
Siz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata qayğı ənənəsini daha da inkişaf etdirdiniz, hər zaman jurnalistlərə qayğı göstərərək onların həyat və mənzil şəraitini yaxşılaşdırmaq üçün mühüm addımlar atdınız.
Sizə bir daha minnətdarlığımı bildirir, cansağlığı, uzun ömür və Azərbaycan xalqının gələcəyi naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Zeynalov Nazim Fətixan oğlu
Azərbaycan Respublikası, Hacıqabul rayonu