logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Anar Yusifzadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

04 avqust 2025, 14:10

Möhtərəm cənab Prezident.

Məni “Əməkdar jurnalist” fəxri adı ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu ali dəyər mənim üçün təkcə şəxsi fəaliyyətimin qiymətləndirilməsi deyil, eyni zamanda, Azərbaycan jurnalistikasına, sözün gücünə və ictimai məsuliyyətə verdiyiniz önəmin bariz nümunəsidir.

Bu fəxri ad həm böyük bir etimad, həm də gələcək fəaliyyətim üçün ciddi bir öhdəlikdir. Sizin rəhbərliyinizlə Azərbaycanın keçdiyi şərəfli yol, milli maraqlarımıza əsaslanan prinsipial mövqeyiniz və informasiya müstəvisində apardığınız ardıcıl siyasət biz media nümayəndələri üçün örnəkdir.

Xüsusilə qeyd etmək istərdim ki, ölkədə media siyasətinin şəffaflığı, inkişafı istiqamətində atılan addımlar milli mətbuatımızın ictimai etimadını möhkəmləndirməklə yanaşı, jurnalistikanın peşəkarlığını və məsuliyyətini daha da artırır.

Bu yüksək təltifə görə Sizə, qalib xalqın qalib Liderinə bir daha təşəkkür edir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmət və ehtiramla,

Anar Yusifzadə Yusif oğlu,

İctimai Televiziyanın ictimai-siyasi proqramlar departamentinin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi