logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezident Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə əlaqədar paylaşım edib

Text size icon-size icon-size

01 avqust 2025, 10:30

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi