logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yusuf Şabanovdan, Quba, Azərbaycan

Text size icon-size icon-size

30 iyul 2025, 15:21

Hörmətli cənab Prezident.

Son illər Sizin diqqət və qayğınızla həyata keçirilən böyük layihələr Qubada, o cümlədən kəndimizdə həyat səviyyəsinin, insanların şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Daimi diqqətiniz nəticəsində təbii hadisələr nəticəsində tez-tez yararsız hala düşən Quba-Xınalıq yolu mütəmadi olaraq təmir edilir.

Hazırda da Xınalıq kəndində geniş abadlıq işləri görülür. Kəndimizdə həyata keçirilən işlər yerli sakinlərin rahatlığına xidmət etməklə yanaşı turizmin inkişafı üçün də şərait yaradır. Bu diqqət və qayğı bizə mənəvi güc verir.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Şabanov Yusif

Azərbaycan Respublikası, Quba rayonu, Xınalıq kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi