Cavid İsmayıldan, Bakı, Azərbaycan
Text size
31 iyul 2025, 16:30
Hörmətli cənab Prezident.
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunan jurnalistlər arasında mənim də adım var. Fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm. Bu təltif dövlətimiz və xalqımız qarşısında məsuliyyət hissini daha da artırır.
Fürsətdən istifadə edərək, bu təlatümlü dünyada Azərbaycanımızı və onun maraqlarını mətanətlə müdafiə etdiyinizə görə minnətdarlığımı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Tanrı Sizi və Azərbaycanı qorusun!
Hörmətlə,
Cavid İsmayıl, Tarix üzrə fəlsəfə doktoru, jurnalist
Azərbaycan Respublikası, Bakı şəhəri.