logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elnur Abdullayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

30 iyul 2025, 18:06

Möhtərəm cənab Prezident.

Milli mətbuatımızın 150 illik yubileyinin təntənəli qeyd edilməsi, bununla əlaqədar Azərbaycan jurnalistlərinin təltif edilməsi barədə imzaladığınız sərəncamlar fəaliyyətimizə verdiyiniz yüksək qiymətin təzahürüdür.

Azərbaycanın müstəqilliyi dövründə mətbuatımızın inkişafı üçün atılan ilk addım Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğv edilməsi barədə 1998-ci il 6 avqust tarixli Fərmanı idi. Ulu Öndər heç zaman mətbuatın inkişafına diqqətini əsirgəməmişdir, jurnalistlərin qaldırdığı mövzulara, verdiyi suallara açıq olmuşdur.

Cənab Prezident, Siz bu siyasəti uğurla davam etdirirsiniz. Qırx dörd günlük Vətən müharibəsində həddən artıq məşğul olmağınıza baxmayaraq, Sizin çoxsaylı müsahibələriniz və açıqlamalarınız dünyaya həqiqəti çatdırmağa imkan verdi, çoxsaylı saxta xəbərlərin yayılmasının qarşısını aldı, döyüş meydanında Zəfər qazandığımız kimi, informasiya müharibəsində də qalibiyyətimizin bünövrəsini qoydu.

Bu günlərdə keçirilən III Şuşa Qlobal Media Forumunda jurnalistlərin və politoloqların suallarına cavablarınız həmişəki kimi dünya mətbuatında xəbər başlıqlarına çevrildi.

Sizin mətbuatımıza diqqətiniz, azad jurnalistikanın inkişafına verdiyiniz töhfə fəaliyyətimizi stimullaşdırır, daha çevik, müasir çağırışlara cavab verən medianın formalaşdırılmasına şərait yaradır.

Media nümayəndələrinin təltif edilməsi haqqında 2025-ci il iyulun 21-də imzaladığınız Sərəncamla “Global Media Group”a daxil olan media resurslarının 11 əməkdaşı da təltif edilib. Fəaliyyətimizə verdiyiniz bu yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abdullayev Elnur.

“Global Media Group”un İdarə Heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi