logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur

Text size icon-size icon-size

13 sentyabr 2010, 22:02

Prezident İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin Bakıda keçiriləcək görüşünün əhəmiyyətindən danışan dövlət başçıları AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildirdilər. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi