Roman Temnikovdan, Bakı, Azərbaycan
Text size
29 iyul 2025, 18:03
Hörmətli cənab Prezident.
Sizin imzaladığınız sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün böyük şərəfdir.
Sizin sayənizdə yerli mətbuatın imkanları ildən-ilə genişlənir, işçilərin sayı və onların sosial təminatı artır. Media nümayəndələri dövlətimiz və Prezidentimiz tərəfindən göstərilən qayğını yüksək qiymətləndirirlər.
Milli mətbuatın, bütövlükdə Azərbaycanın inkişafı naminə gördüyünüz işlər üçün Sizə minnətdarıq.
Allah Sizə cansağlığı, uzun ömür versin.
Dərin hörmət və ehtiramla,
Temnikov Roman,
“Bakinski raboçi” qəzetinin əməkdaşı.
Azərbaycan Respublikası, Bakı şəhəri.