Əfqan Qafarlıdan, Bakı, Azərbaycan
29 iyul 2025, 15:45
Hörmətli cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar imzaladığınız Sərəncamla "Tərəqqi" medalına layiq görülən jurnalistlər sırasında mənim də adım var. Bu təltifə və təxminən 30 illik jurnalistlik fəaliyyətimə yüksək qiymət verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu yüksək mükafat mənim üçün təkcə şəxsi fəaliyyətimə verilən qiymət deyil, eyni zamanda, Azərbaycan dövlətinin zəhmətə, peşəkarlığa və vicdanlı əməyə verdiyi dəyərin bariz nümunəsidir.
Gələcək fəaliyyətimdə də bu etimadı doğrultmaq, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Bir daha təşəkkür edir, Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə apardığınız fəaliyyətdə uğurlar arzulayıram.
Hörmətlə,
Qafarlı Əfqan,
“Modern.az” xəbər portalının redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.