Vüsal Məmmədovdan, Bakı, Azərbaycan
Text size
28 iyul 2025, 17:00
Cənab Prezident.
Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamla “Tərəqqi” medalına layiq görülən jurnalistlər arasında mən də varam. Bu təltif əməyimizə verilən ən yüksək qiymət olmaqla yanaşı, bizi daha böyük şövqlə işləməyə ruhlandırır, eyni zamanda, təbii ki, böyük məsuliyyət hissi doğurur.
Sizə özüm və ailəm adından dərin təşəkkürümü bildirir, ən xoş arzularımızı yetirirəm.
Dərin ehtiramla,
Məmmədov Vüsal Mətləb oğlu,
Azərbaycan Televiziyasının redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.