logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Anar Miriyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2025, 18:50

Möhtərəm cənab Prezident.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında imzladığınız Sərəncama əsasən “Tərəqqi” medalı ilə təltif olunanlar arasında mənim də adım var. Sizin tərəfinizdən təltif edilmək mənim üçün böyük şərəfdir. Göstərilən bu yüksək etimad gələcək fəaliyyətimdə məsuliyyətimi daha da artırır və media sahəsində dövlətçiliyimizə ləyaqətlə xidmət etmək əzmimi gücləndirir. Əməyimi qiymətləndirdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Sizə dərin ehtiramımı ifadə edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Anar Miriyev,

“İki sahil” qəzetinin baş redaktorunun müavini, Vətən müharibəsi veteranı,

ehtiyatda olan kapitan.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi