logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nəcəf Həsənovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2025, 16:00

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyiniz üçün Sizə şəxsən öz adımdan və ailəmiz adından səmimi minnətdarlığımı bildirirəm.

Bu mənim əməyimə, indiyə kimi 35 ölkədən hazırladığım reportajlara, proqramlara verilən yüksək qiymətdir. Televiziya sahəsində fəaliyyət göstərdiyim 20 ildən artıq müddət ərzində dövlətçilik maraqlarını prioritet hesab etmişəm.

Bu gün Azərbaycan uğurla inkişaf edir, yeni reallıqlar yaradır. Kütləvi informasiya vasitələri də günümüzün çağırışlarına uyğunlaşır.

Sizin Sərəncamınızla təltif olunmaq bizim məsuliyyətimizi və həvəsimizi daha da artırır. Bu, zəhmətə, əməyə verilən ən ali qiymətdir. Çalışacağam ki, işimi, vəzifə borcumu bundan sonra da qüsursuz yerinə yetirim. Sizə bir daha təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

Nəcəf Həsənov, “Xəzər” televiziya kanalının əməkdaşı.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi