logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüqar Əliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2025, 14:00

Möhtərəm cənab Prezident.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə mükafatlandırdığınız media nümayəndələri arasında adımın olmasını fəxarət hissi ilə qarşıladım. Jurnalistika sahəsində fəaliyyətimi dəyərləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkür edirəm.

2020-ci ildə Vətən müharibəsinin ilk qazi şəhəri – doğma Cəbrayılın işğaldan azad edildiyi gün xalqımıza çatdırdığınız qalibiyyət müjdəsi, nə xoş təsadüf ki, 50 yaşıma ən böyük hədiyyə olmuşdu. Beş il sonra, bu dəfə peşə bayramında Sizin – Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Müzəffər Liderin imzası ilə təltif olunmaq mənim üçün məxsusi məna kəsb edir.

Dövlətimizin qüdrətinin daha da artması, Azərbaycanın bundan sonra da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni uğurlar, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Əliyev Vüqar,

Mükafat oğlu, “Mədəniyyət” qəzetinin baş redaktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi