logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Paşa Əmircanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2025, 12:10

Hörmətli cənab Prezident.

Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar imzaladığınız Sərəncamla mükafatlandırdığınız mətbuat işçiləri arasında mən də varam. Məni “Tərəqqi” medalına layiq gördüyünüzə, təxminən 30 illik jurnalistlik fəaliyyətimə yüksək qiymət verdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

İmzaladığınız bu Sərəncam bizdə bir daha inam yaratdı ki, Azərbaycan mətbuatı Sizin qayğı və diqqətinizlə daim inkişaf edəcək, jurnalistlərimizin əməyi həmişə özünün layiqli qiymətini alacaqdır. Sizə bir daha minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Əmircanov Paşa,

“Xalq qəzeti”nin əməkdaşı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi