Müşfiq Ələsgərlidən, Bakı, Azərbaycan
Text size
25 iyul 2025, 11:30
Hörmətli cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təltif etdiyiniz şəxslərin siyahısında öz adımı görmək məni qürurlandırdı və şərəfləndirdi. Fəaliyyətimi “Əməkdar jurnalist” fəxri adı ilə dəyərləndirdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Ümumilikdə Azərbaycan mediasına, o cümlədən fərdi qaydada jurnalistlərə göstərdiyiniz diqqət və qayğı bizi ruhlandırır, daha da məsuliyyətli olmağa sövq edir.
Tanrı Sizi və dövlətimizi qorusun.
Dərin hörmətlə,
Ələsgərli Müşfiq,
Mətbuat Şurası İdarə Heyətinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri.