Gülşən Əkbərovadan, Bakı, Azərbaycan
25 iyul 2025, 10:45
Hörmətli cənab Prezident.
Milli mətbuatımızın 150 illiyi ilə bağlı imzaladığınız Sərəncamla media nümayəndələrinə fəxri adların verilməsi, onların orden və medallarla təltif edilmələri, Prezidentin fərdi təqaüdünə layiq görülmələri Sizin jurnalist əməyinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir. Zəhmətin dəyərləndirilməsi insanın yaşayıb-yaratmaq eşqini artırır. Məni Prezident təqaüdünə layiq gördüyünüz üçün Sizə təşəkkürümü bildirirəm. Telejurnalistikada 55 illik fəaliyyətimə göstərdiyiniz həssas münasibət, diqqət və etimad, əməyimə verdiyiniz dəyər çəkdiyim zəhmətin hədər getmədiyini təsdiq edir. Bu şad xəbərdən duyduğum sevinci ifadə etməkdə çətinlik çəkirəm. Uca Tanrı Sizi qorusun. Mətbuat işçilərinin əməyinə bu cür yüksək dəyər verməyiniz Sizin böyüklüyünüzün göstəricisidir.
Möhtərəm cənab Prezident, Sizə cansağlığı, dövlətçiliyimizin qorunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə qətiyyətli fəaliyyətinizdə tükənməz enerji, hər zaman yüksək əhval-ruhiyyə və uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əkbərova Gülşən Məmməd qızı,
Əməkdar artist.
Azərbaycan Respublikası, Bakı şəhəri.