Səbinə Ağayevadan, Bakı, Azərbaycan
25 iyul 2025, 13:15
Hörmətli cənab Prezident.
Milli mətbuatımızın 150 illiyi münasibətilə məni layiq gördüyünüz “Tərəqqi” medalı həyatımda aldığım ilk yüksək mükafat, həm də etimadınıza həmişə layiq olmaq kimi bir məsuliyyətdir. Göstərdiyiniz bu yüksək etimada görə Sizə təşəkkürümü bildirirəm.
Üçüncü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Azərbaycan mediasının ünvanına söylədiyiniz xoş sözlərin təsiri altında olarkən daha bir hədiyyənizi aldıq.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi əmin edirəm ki, bundan sonra da dövlətimizə ləyaqətlə xidmət edəcək, bizi görmək istədiyiniz kimi, yüksək hazırlıqlı media nümayəndəsi tək yeni çağırışlara hazır olacaq, müstəqil Azərbaycanın mediasının dünyada layiqli yer tutması naminə əlimdən gələni edəcək, yüksək etimadınızı həmişə doğruldacağam. Sizə təşəkkür edirəm, cənab Prezident!
Hörmətlə,
Səbinə Ağayeva,
Real Təhlil İnformasiya Mərkəzinin baş redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.