logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Raqif Məmmədlidən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2025, 16:34

Cənab Prezident.

Azərbaycan mətbuatına verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı jurnalistlər üçün böyük ruh yüksəkliyi və stimul mənbəyidir. Biz bunu fəaliyyətimizə daha böyük məsuliyyət və peşəkarlıqla yanaşmaq üçün bir çağırış kimi qəbul edirik.

Bu baxımdan Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu yüksək qiymət mənim üçün böyük şərəf və məsuliyyət, fəaliyyətimi gələcəkdə də dövlətimizin və xalqımızın maraqları naminə davam etdirmək üçün stimuldur.

Hörmətlə,

 

Raqif Məmmədli,

“Azərbaycan” qəzetinin baş redaktorunun müavini.

Azərbaycan Respublikası, Bakı şəhəri..

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi