logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mübariz Allahverdiyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 iyul 2025, 10:05

Çox hörmətli cənab Prezident.

Mən Xocalı rayonundan olan bir ziyalı kimi iftixar hissi ilə qeyd edirəm ki, Sizin Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumunda dünyanın 50-dən çox ölkəsindən olan media nümayəndələri ilə görüşünüz, onların suallarını dərin məntiqlə cavablandırmağınız respublikamızla yanaşı, xaricdə də böyük maraqla və rəğbətlə qarşılandı.

Siz hər zaman beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırır, xalqımızın başını ucaldırsınız və bu, bizi ürəkdən sevindirir. Sizin kimi böyük şəxsiyyətin rəhbərlik etdiyi ölkənin vətəndaşları olmaqdan qürur duyuruq. Sizin hər zaman sülhsevərlik nümunəsi nümayiş etdirməyiniz, “bizim sözümüz imzamız qədər dəyərlidir” deməklə milli mentalitetə - “kişi sözü” mentalitetinə istinad etməyiniz dərin rəğbət doğurur.

Cənab Prezident, Sizinlə fəxr edir, müdrik siyasətinizi dəstəkləyirik.

Hörmətlə,

Allahverdiyev Mübariz Qasım oğlu.

Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi