logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya

Text size icon-size icon-size

22 dekabr 2012, 18:05

Əlahəzrət,

Dost Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Yaponiyanı möhkəm dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi təmaslarımızın gündən-günə genişlənməsi, iqtisadi və humanitar sahələrdə fəal əməkdaşlığımız xüsusilə məmnunluq doğurur.

Əminəm ki, ikitərəfli münasibətlərimizin hazırkı yüksək səviyyəsinin qorunub saxlanması, qarşılıqlı maraq doğuran işgüzar əlaqələrimizin inkişaf etdirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 dekabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi