logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yalçın Tahiroğludan, Türkiyə

Text size icon-size icon-size

23 iyul 2025, 13:50

Hörmətli cənab Prezident.

Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə mükafatlandırdığınız media nümayəndələri arasında mənim də adımın olmasını sonsuz sevinc, həyəcan və qürur hissi ilə qarşıladım. Sadə əməyimə verdiyiniz yüksək qiymətə, məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” kimi şərəfli mükafata layiq gördüyünüzə görə Sizə təşəkkür edirəm. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına rəhbərlik edən Müzəffər Ali Baş Komandan tərəfindən təltif edilmək məni xüsusilə qürurlandırır, bayram sevincimi daha da artırır.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qüdrətli Azərbaycanımızın daha da inkişafı üçün yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Yalçın Tahiroğlu

Azərbaycan Televiziyasının Türkiyə təmsilçisi

Türkiyə Respublikası.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi