Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
22 iyul 2025, 16:09
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli və 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) 9-cu maddəsinin 3-cü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.”.
Maddə 2. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362 (Cild I); 2024, № 4, maddə 365, № 11, maddə 1181) 12-ci maddəsinin on ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2025-ci il