logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən

Text size icon-size icon-size

22 dekabr 2012, 15:15

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. 

Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.

Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə şərait yaradacaqdır.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

Almazbek Atambayev
Qırğız Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi