logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən

Text size icon-size icon-size

22 dekabr 2012, 15:05

Hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında etimada və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər xalqlarımızın rifahı və strateji tərəfdaşlığın möhkəmlənməsi naminə bundan sonra da fəal inkişaf edəcəkdir.

Sizin yorulmaz əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Səmimi arzularla,

Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi