logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramilə Rzayevadan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

24 iyun 2025, 15:59

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu tarixi zəfər qazandı. İşğal edilmiş torpaqlarımız mənfur düşmənlərimizdən təmizləndi, bütün sahələrdə gedən inkişaf daha da sürətləndi.

Mən əliləm, Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicə alıram. Burada yaradılan şərait göz oxşayır. Xəstələrə də xüsusi diqqət və qayğı ilə yanaşılır.

Sizin səhiyyəyə göstərdiyiniz diqqət və həkimlərimizin səyi nəticəsində sağlamlığımıza qovuşuruq. Buna görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Səhiyyəmizin bugünkü uğurları, inkişafı Sizin illərdən bəri məqsədyönlü siyasətinizin nəticəsidir.

Hörmətlə,

Rzayeva Ramilə

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi