İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir
Text size
21 dekabr 2012, 14:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir.
Dövlət başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.