logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hicran Əliməmmədovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

21 iyun 2025, 14:00

Möhtərəm cənab Prezident.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının sosial rifahının yüksəldilməsi üçün gördüyü işlər Sizin tərəfinizdən uğurla davam etdirələrək ölkəmizin həm iqtisadi, həm də siyasi cəhətdən günü-gündən daha çox inkişaf etməsinə öz töhfələrini verməkdədir.

Cənab Prezident!

Azərbaycan vətəndaşlarının maddi rifahının yüksəlməsinə, xüsusən də yaşlı insanlara, qocalara, əlillərə, veteranlara, qazi, aztəminatlı və şəhid ailələrinə, gənclərə və uşaqlara göstərdiyiniz qayğı hamının diqqət mərkəzindədir. Bu qayğıya görə Sizə minnətdarıq. Sizin tərəfinizdən vətəndaşlara göstərilən humanizm və dəstək, hər bir vətəndaşın halına yanmanız, qayğıkeşliyiniz xalq tərəfindən yüksək qiymətləndirilir.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin yaradılması da xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir. Artıq hər bir vətəndaş keyfiyyətli tibbi xidmətdən yararlana bilir. Buna görə də Sizə təşəkkür edir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi