Gədəbəyli idmansevərlərdən, Gədəbəy, Azərbaycan
20 iyun 2025, 13:12
Hörmətli cənab Prezident.
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz sayəsində Azərbaycan bu gün güclü, müstəqil və qalib dövlət kimi dünya siyasi arenasında layiqli yerini tutmuşdur. 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyiniz qətiyyət, iradə və sarsılmaz liderlik sayəsində tarixi ədalət bərpa olundu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi.
Sizin rəhbərliyinizlə həyata keçən “Dəmir yumruq” əməliyyatı təkcə döyüş meydanında deyil, xalqımızın ürəyində də milli birlik və qürur simvoluna çevrildi. Bu tarixi Qələbənin qazanılmasında canlarını Vətən uğrunda fəda edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin və mübariz əsgərlərimizin misilsiz rolu vardır. Onlar Sizin rəhbərliyiniz altında şanlı tarix yazdılar, üçrəngli bayrağımızı Qarabağda dalğalandırdılar. Biz şəhidlərimizin müqəddəs xatirəsini daim ehtiramla anır, qazilərimizə dərin minnətdarlığımızı bildiririk.
Sizin apardığınız uğurlu siyasət nəticəsində bu gün ölkəmizdə hər bir sahə kimi, idman da sürətlə inkişaf edir. Ulu Öndər Heydər Əliyevin idmana və gənclərə göstərdiyi qayğı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Gədəbəy rayonunda da idmanın inkişafı üçün böyük işlər görülüb, gənclərimizin sağlam və peşəkar şəkildə yetişməsinə şərait yaradılıb, müxtəlif tədbirlər və layihələr vasitəsilə gənclərin idmana marağı artırılıb.
Bu qayğı və diqqət gənclərdə ruh yüksəkliyini artırmaqla yanaşı, onların idmana marağını da gücləndirir. Bütün bunlara görə rayonumuzun idman ictimaiyyətinin nümayəndələrinin adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin uğurlu idman və sosial-iqtisadi siyasətiniz sayəsində ölkəmizdə idman hərtərəfli inkişaf edir, gənclər sağlam və vətənpərvər ruhda böyüyür, regionlarda işsizlik azalır və yeni imkanlar yaranır.
Biz Sizin ətrafınızda daim sıx birləşərək dövlətimizin güclənməsi və inkişafı naminə hər zaman Sizi dəstəkləyəcəyik.
Eşq olsun Müzəffər Ali Baş Komandana!
Hörmətlə,
Bağırov Beyrək,
Yusubov Valid,
Məmmədov Nurlan,
Rəsulov Əli,
Süleymanov Nicat və başqaları (249 nəfər), Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivi və idmansevərlər.
Azərbaycan Respublikası, Gədəbəy rayonu.