logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aygün Əliyevadan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

20 iyun 2025, 17:00

Hörmətli cənab Prezident.

Gəncə şəhərində yaşayan bütün şəhid anaları bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Oğlumun Vətən müharibəsində göstərdiyi şücaət və onun müqəddəs şəhidliyi ilə fəxr edirəm. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bizim üçün böyük mənəvi dayaqdır.

Sizin tapşırığınız əsasında Gəncə şəhərində ailəmizə qeyri-yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarəyə verilməsi bizim üçün böyük dəstək oldu. Bu imkan ailə büdcəmizə töhfə verməklə yanaşı, cəmiyyətə daha fəal inteqrasiya etməyimə şərait yaradacaq.

Sizə və ailənizə cansağlığı arzu edir, dövlətimizə daim xidmət etdiyiniz yolda uğurlar diləyirəm.

Hörmətlə,

Əliyeva Aygün İsa qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi