Hacı İsmayılovdan, Bakı, Azərbaycan
19 iyun 2025, 15:05
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizə - Azərbaycanımızın inkişafı üçün yorulmadan çalışan görkəmli dövlət xadiminə, xalqımızın mərd, ləyaqətli övladına hamımızın rifahının yüksəldilməsi üçün gördüyünüz işlərə görə ölkəmizin teatr ictimaiyyəti adından ürəkdən təşəkkür edirəm.
Sizin 2025-cl il iyunun 12-də imzaladığınız “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanınız bütün sənət adamlarının böyük sevincinə səbəb oldu.
Bu fərmana görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, könül xoşluğu, ölkəmizin yüksəlişi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İsmayılov Hacı, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı
Azərbaycan Respublikası, Bakı şəhəri