Heyran İsmayılovadan, Gəncə, Azərbaycan
18 iyun 2025, 15:40
Hörmətlin cənab Prezident.
Gəncə şəhərində yaşayan bütün şəhid analarının adından Sizə şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına göstərdiyiniz yüksək diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Sizin göstərişinizlə Gəncə şəhərində qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin icarəyə verilməsi ailəmizin sosial vəziyyətində mühüm dəyişiklik yaratdı. Bu addım, həm mənim, həm də ailəmin həyatını asanlaşdıraraq yeni imkanlar açdı.
Bu nəcib diqqət və dəstəyinizə görə Sizə sonsuz təşəkkür edir, Ulu Tanrıdan cansağlığı və uğurlar diləyirəm.
Hörmətlə,
İsmayılova Heyran Qarakişi qızı, şəhid anası
Azərbaycan Respublikası, Gəncə şəhəri