Həsənabad qəsəbə sakinindən, Neftçala, Azərbaycan
18 iyun 2025, 13:30
Möhtərəm cənab Prezident!
Bu yaxınlarda əhalinin kompakt yaşadığı Həsənabad qəsəbəsinə yağan intensiv yağışlar səbəbindən ərazi subasmaya məruz qalmışdı. Müvafiq qurumlar tərəfindən yığılmış yağıntı sularının ərazidən kənarlaşdırılması üçün qısa müddətdə bir sıra tədbirlər görülmüş, mövcud su-kanalizasiya problemlərinin həlli istiqamətində müzakirələr aparılaraq koordinasiya olunmuş şəkildə fəaliyyət göstərilməyə başlanılmış, yağış sularının kənarlaşdırılması üçün texnikalar cəlb edilib, 615 metrə yaxın kanal lildən təmizlənərək suyun axını sürətləndirilmişdir.
Beləliklə, görülən tədbirlər nəticəsində qəsəbəmiz yağıntı sularından tamamilə kənarlaşdırılmış, problem aradan qaldırılmışdır.
Qəsəbəmizin sakinləri yaranan problemlərin dərhal həll edildiyinə, həmçinin xalqın sosial rifahını təmin etmək üçün gördüyünüz işlərə görə Sizə ürəkdən təşəkkür edir, bu ölkədə, Sizin rəhbərliyiniz altında yaşadığımız üçün özümüzü şanslı insanlar hesab edir, Allahdan Sizə və ölkənin rifahı naminə səylərinizə görə lütf və mərhəmət diləyirik.
Hər şeyə görə, çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Nağıyev Əli Əvəzağa oğlu
Azərbaycan Respublikası, Neftçala rayonu, Həsənabad qəsəbəsi.