logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nazim Zeynalovdan, Hacıqabul, Azərbaycan

Text size icon-size icon-size

12 iyun 2025, 18:22

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Ümummilli Lider Heydər Əliyev xalqımıza özündən sonra müstəqil Azərbaycan dövlətini və Sizin kimi qətiyyətli, yenilməz Başçını yadigar qoymuşdur.

Sizin rəhbərliyinizlə 22 il ərzində müstəqil Azərbaycan Respublikası dinamik surətdə inkişaf edir, ölkəmizin şəhər və rayonları abadlaşır, gözəlləşir.

Sizin Müzəffər Ali Baş Komandanlığınız və yenilməz sərkərdəlik məharətinizlə 30 ildən bəri işğal altında olan torpaqlarımız azad edilərək öz əzəli sahiblərinə - Azərbaycan xalqına qaytarıldı, 2023-cü ilin sentyabrında Ordumuzun həyata keçirdiyi antiterror tədbirlərindən sonra ölkəmizin suverenliyi tam təmin olundu. Sizin incə, düşünülmüş diplomatiyanızla Qazaxın 4 kəndi bir güllə belə atılmadan xalqımıza qaytarıldı.

Möhtərəm cənab Prezident!

Siz Ulu Öndər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi Sizin uğurlu siyasətinizin nəticəsində mümkün oldu. Beş ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir.

Cənab Prezident, hər bir azərbaycanlı gördüyünüz işlərə görə Sizə minnətdardır. Rayonumuzun sakinləri adından da Sizə dərin minnətdarlığımızı, sonsuz təşəkkürümüzü bildirir, cansağlığı, uzun ömür və Azərbaycan xalqının gələcəyi naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Zeynalov Nazim Fətixan oğlu

Azərbaycan Respublikası, Hacıqabul rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi