logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

05 iyun 2025, 15:22

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 135 (Cild I); 2024, № 3, maddə 250; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 11-ci maddə üzrə:

1.1.1. birinci hissədən “Naxçıvan Muxtar Respublikası,” sözləri çıxarılsın;

1.1.2. ikinci hissədən “və Naxçıvan Muxtar Respublikası” sözləri çıxarılsın;

1.2. 17-ci maddənin mətnindən “Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı,” sözləri çıxarılsın;

1.3. 19-cu maddə ləğv edilsin.

Maddə 2. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 169 (Cild I) 10-cu maddəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2025-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi