Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən


04 iyun 2025, 17:36
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycanın müstəqilliyinin qürurla qeyd olunduğu bu gün həm də ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir daha təsdiqləmək üçün yaxşı fürsətdir.
Bu əlamətdar gündə xalqlarımızın davamlı rifahı naminə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyimizi bir daha bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Məhəmməd Şahabuddin
Banqladeş Xalq Respublikasının Prezidenti