“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı


04 iyun 2025, 13:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 170 (Cild I) 6-cı hissəsində “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169 (Cild I); 2024, № 12, maddə 1359 ) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.4-cü bənddə “, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.2. 2.5-ci bənddən “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti,” sözləri çıxarılsın;
2.3. 2.6-cı bənddə “yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilsin;
2.4. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.7. həmin Məcəllənin 41-ci maddəsinin ikinci hissəsində, 74-cü maddəsinin üçüncü hissəsində və 83-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;
2.5. 2.7-1-ci bənddə “Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir” sözləri ilə əvəz edilsin;
2.6. 2.7-2-ci bənddə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.7. 2.8 – 2.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.8. həmin Məcəllənin 12-ci maddəsinin üçüncü hissəsində, 26-cı maddəsinin ikinci və dördüncü hissələrində, 90-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirirlər;
2.9. həmin Məcəllənin 22-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirirlər;
2.10. həmin Məcəllənin 24-cü maddəsinin üçüncü hissəsində, 42-ci maddəsinin ikinci hissəsində, 47-ci maddəsinin dördüncü hissəsində, 60-cı, 83-cü və 104-cü maddələrinin birinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir;”;
2.8. 2.12-ci bəndə ikinci halda “Nazirliyi,” sözündən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,” sözləri əlavə edilsin;
2.9. 2.13-cü bənddə “və dördüncü hissələrində” sözləri “hissəsində” sözü ilə, "həyata keçirir” sözləri “və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirirlər” sözləri ilə əvəz edilsin;
2.10. 2.14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.14. həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”;
2.11. 2.15-ci bənddə “Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir” sözləri ilə əvəz edilsin;
2.12. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:
“2.16. həmin Məcəllənin 48-ci maddəsinin ikinci hissəsində, 66-cı maddəsinin üçüncü hissəsində, 68-ci maddəsinin ikinci hissəsində, 86-cı maddəsinin ikinci hissəsində, 87-ci maddəsinin birinci hissəsində, 88-ci maddəsinin dördüncü hissəsində və 93-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir”;
2.13. 2.18-ci bənddə “Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.14. 2.19-cu bənddə “Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.15. 2.22-ci bəndə “Nazirliyi” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin;
2.16. 2.23-cü bənd ləğv edilsin;
2.17. 2.25-ci bənddə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Regional Su Meliorasiya Xidməti qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.18. 2.26-cı bənddə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
2.19. 2.28-ci bəndə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin.
3. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 383 (Cild I); 2024, № 12, maddə 1359) 2.6-cı bəndində “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
4. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 611 (Cild I) 2.8-ci bəndindən “, əsasnamələrinə və nizamnaməsinə uyğun olaraq,” sözləri çıxarılsın və həmin bənddə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
5. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 86 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci hissə üzrə:
5.1.1. altıncı abzasa “Nazirliyi,” sözündən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin;
5.1.2. on ikinci abzasda “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 2-ci hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirirlər” sözləri ilə əvəz edilsin.
6. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 45 (Cild I); 2024, № 5 (I kitab), maddə 504) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. üçüncü abzasda hər üç halda “bəndinin” sözü “hissəsinin” sözü ilə, hər iki halda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;
6.2. beşinci və altıncı abzaslarda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;
6.3. yeddinci abzasda hər beş halda “bəndində” sözü “hissəsində” sözü ilə, “bəndinin” sözü “hissəsinin” sözü ilə əvəz edilsin;
6.4. səkkizinci abzasda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz olunsun və həmin abzasa “Nazirliyi” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin.
7. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 364 nömrəli, 17 aprel tarixli 367 nömrəli, 15 may tarixli 392 nömrəli və 23 may tarixli 399 nömrəli fərmanları) 1.38-ci bəndində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Regional Su Meliorasiya Xidməti qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
8. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 90 (Cild I) 3–5-ci hissələrində “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
9. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 957 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 562 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
9.1. ikinci abzasdan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti,” sözləri çıxarılsın və həmin abzasa ikinci halda “Nazirliyi” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin;
9.2. üçüncü abzasda “Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir” sözləri ilə əvəz edilsin.
10. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 1.3-cü bənddə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz səlahiyyətləri daxilində” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
10.2. həmin Fərmanla təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5-ci hissəsində “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262, № 7, maddə 826; 2025, № 1, maddə 30) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın IV hissəsinin 25-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa dördüncü halda “Nazirliyi” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin.
12. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1007 (Cild I) 2.6-cı bəndinə “Dövlət Xidməti” sözlərindən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin və həmin bənddən “ ,“Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.
13. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
13.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.1.1-ci yarımbəndindən “Su Ehtiyatları Dövlət Agentliyi,” sözləri çıxarılsın;
13.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu”nun ikinci hissəsinin beşinci abzası ləğv edilsin.
14. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 368 (Cild I); 2024, № 12 (II kitab), maddə 1364) aşağıdakı dəyişikliklər edilsin:
14.1. 3-cü hissədə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
14.2. 6.3-cü bənddə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Dövlət Su Ehtiyatları Agentliyinin” sözləri ilə əvəz edilsin.
15. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli və 17 aprel tarixli 371 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
15.1. 4-cü hissə üzrə:
15.1.1. 4.24-cü bəndə ikinci halda “Nazirliyi” sözündən sonra “, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin;
15.1.2. 4.46-cı bənddə “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;
15.2. 5-ci hissə üzrə:
15.2.1. 5.6-cı bənddən “265,” rəqəmləri çıxarılsın;
15.2.2. aşağıdakı məzmunda 5.6-5-ci bənd əlavə edilsin:
“5.6-5. həmin Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi baxırlar;”;
15.2.3. 5.10-cu bənddə “233 və 243.0.7-ci maddələrində” sözləri “243.0.7-ci maddəsində” sözləri ilə əvəz edilsin;
15.2.4. aşağıdakı məzmunda 5.10-1-ci bənd əlavə edilsin:
“5.10-1. həmin Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi baxırlar;”;
15.2.5. 5.11-ci bənddə “264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1” rəqəmləri “266.1 (bu Fərmanın 5.11-1-ci bəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
15.2.6. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin:
“5.11-1. həmin Məcəllənin 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7 və 266.1-ci (su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrinə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi baxır;”;
15.2.7. 5.24-cü bənddə “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri “, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
16. “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 851 (Cild I); 2024, № 8, maddə 937) 3-cü hissəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti,” sözləri ilə əvəz edilsin.
17. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53 (Cild I) 3-cü hissəsinə “Azərbaycan” sözündən əvvəl “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,” sözləri əlavə edilsin və həmin hissədən “və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.
18. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 187 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
18.1. 3.1-ci bənddə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” sözləri ilə əvəz edilsin;
18.2. 3.2-ci bənddə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə” sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
19.1. 12-ci hissədə “190 və 251.3-cü maddələrində” sözləri “190-cı maddəsində” sözləri ilə əvəz edilsin;
19.2. 19-cu hissədən “229,” rəqəmləri çıxarılsın və həmin hissədə “, 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci” sözləri “və 253-1.1.3-cü” sözləri ilə əvəz edilsin;
19.3. 20-ci və 21-ci hissələr ləğv edilsin;
19.4. aşağıdakı məzmunda 77-ci hissə əlavə edilsin:
“77. Məcəllənin 229, 251.3, 262, 263, 264.0.2, 264.0.3 və 264.0.5 ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yerli bölmələrinin rəhbəri, onun müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”.
20. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 363 nömrəli və 22 may tarixli 397 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 26-cı hissəsinin “Dövlət orqanının (qurumunun) adı” sütununda “Azərsu” ASC” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943, № 10, maddə 1140, № 12 (II kitab), maddə 1383) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 4.1.18-ci yarımbəndində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 fevral tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 98 (Cild I) ilə təsdiq edilmiş “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 16-cı hissəsi aşağıdakı redaksiyada verilsin:
“16. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə
16.1. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi
16.2. Regional Su Meliorasiya Xidmətinin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi”.
23. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944, № 12 (II kitab), maddə 1359) aşağıdakı dəyişikliklər edilsin:
23.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3-cü hissəsi üzrə:
23.1.1. 3.0.35-ci yarımbənddən “, çirkab suların atılması qayda və şərtlərinə” sözləri çıxarılsın;
23.1.2. 3.0.40-cı yarımbənddə “uçotunu” sözü “uçotunun” sözü ilə, “kadastrını aparmaq” sözləri “kadastrının aparılmasında iştirak etmək” sözləri ilə əvəz edilsin;
23.1.3. 3.0.41-ci yarımbənd ləğv edilsin;
23.1.4. 3.0.42-ci yarımbənddə “monitorinqini aparmaq” sözləri “monitorinqinin aparılmasında” sözləri ilə, “sxemlərini, su təsərrüfatı balanslarını hazırlamaq” sözləri “sxemlərinin, su təsərrüfatı balanslarının hazırlanmasında iştirak etmək” sözləri ilə əvəz edilsin;
23.1.5. 3.0.43-cü yarımbənddən ”və onların mühafizəsi” sözləri çıxarılsın;
23.1.6. 3.0.44-cü yarımbənd ləğv edilsin;
23.1.7. 3.0.70-ci yarımbənddən “və su” sözləri çıxarılsın;
23.1.8. 3.0.88-ci yarımbənddən “yerüstü suların dövlət uçotunun aparılmasını təmin etmək,” sözləri çıxarılsın;
23.1.9. 3.0.90-cı yarımbənddə “sxemlərini tərtib etmək, eləcə də hövzə idarəetmə planlarını hazırlamaq və həyata keçirmək” sözləri “sxemlərinin tərtib edilməsində, eləcə də hövzə idarəetmə planlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək” sözləri ilə əvəz edilsin;
23.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin 3.0.8-ci və 3.0.9-cu yarımbəndləri ləğv edilsin;
23.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə” üzrə:
23.3.1. 1.1-ci bənddən “, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin” və “və su kadastrının aparılması” sözləri çıxarılsın;
23.3.2. 2.0.3-cü yarımbənddə “, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqinin və su kadastrının aparılmasının, habelə yerüstü suların dövlət uçotunun” sözləri “monitorinqinin” sözü ilə əvəz edilsin;
23.3.3. 3.0.3-cü yarımbənddən “və su obyektlərinin (yeraltı su obyektləri istisna olmaqla)” sözləri çıxarılsın;
23.3.4. 3.0.11-ci yarımbənddən “yerüstü suların dövlət uçotunu aparmaq,” sözləri çıxarılsın;
23.3.5. 3.0.20-ci yarımbənddən “su,” sözü çıxarılsın;
23.3.6. 3.0.26-cı və 3.0.27-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.0.26. Nazirliyin razılığı ilə aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə su obyektlərinin (yeraltı su obyektləri istisna olmaqla) monitorinqinin aparılmasında, su ehtiyatlarından kompleks istifadə və onların mühafizəsi sxemlərinin, su təsərrüfatı balanslarının hazırlanmasında iştirak etmək;
3.0.27. Nazirliyin razılığı ilə yerüstü suların dövlət uçotunun, həmçinin su obyektlərinin (yeraltı su obyektləri istisna olmaqla) monitorinqi əsasında aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə dövlət su kadastrının aparılmasında iştirak etmək;”;
23.3.7. 3.0.29-cu yarımbənddən “və yerüstü su obyektlərində” sözləri çıxarılsın;
23.4. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 3.1.7-ci yarımbəndi ləğv edilsin.
24. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248 (Cild I) 11-ci hissəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti” sözləri ilə əvəz edilsin.
25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1343 (Cild I); 2024, № 11, maddə 1196; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 aprel tarixli 367 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 8-ci və 10-cu hissələri ləğv edilsin.
26. “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 27 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 363 nömrəli Fərmanı) 2.4.2-ci və 2.4.3-cü yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
“2.4.2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi;
2.4.3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.”.
27. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1371 (Cild I); 2024, № 6 (I kitab), maddə 665; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 363 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi”nin 4.4-cü bəndinin birinci cümləsinə “Nazirliyinin,” sözündən sonra “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və” sözləri əlavə edilsin və həmin bənddən “və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin“ sözləri çıxarılsın.
28. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 743 (Cild I) 6-cı hissəsində “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri “Dövlət Su Ehtiyatları Agentliyi“ sözləri ilə əvəz edilsin.
29. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 997 (Cild I) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2025-ci il