logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Text size icon-size icon-size

03 iyun 2025, 18:52

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edirik.

Sizə uzun ömür, cansağlığı, dost ölkənizə davamlı inkişaf və firavanlıq diləyirik.

Ən xoş arzularla,

 

Əhməd Abdullah əl-Əhməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi