İlham Əliyev Dünya Bankının vitse-prezidenti Filip Le Uerunu qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
13 sentyabr 2010, 16:40
Prezident İlham Əliyev Dünya Bankının vitse-prezidenti Filip Le Uerunu qəbul etmişdir.
Görüşdə Dünya Bankı ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulandı, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıldı, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində tərəflərin maraqlı olduğu bildirildi.