BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan
Text size


30 may 2025, 19:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.
Sizə cansağlığı və səadət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm.
Qu Donqyu
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru