logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nəsimi Şirəliyevdən, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

02 iyun 2025, 15:00

Möhtərəm cənab Prezident!

Sizə və rəhbərlik etdiyiniz dövlətimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ölkəmizin inkişafı, xalqımızın rifahı və təhlükəsizliyi naminə gördüyünüz işlər hər bir azərbaycanlı kimi, bizi də qürurlandırır. Xüsusi ilə təhsil sahəsində həyata keçirilən islahatlara göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirik.

May ayının 26-da İsmayıllı rayonuna səfəriniz zamanı “Talıstan” liseyinin açılışını etməyiniz bütün İsmayıllı camaatını ürəkdən sevindirdi. Bütün bunlar İsmayıllı təhsilinə dövlət qayğısının bariz nümunəsidir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizin parlaq gələcəyi naminə gördüyünüz fəaliyyətdə davamlı nailiyyətlər arzu edirik. Biz fəxr edirik ki, Sizin kimi humanist, uzaqgörən, əsl diplomat olan bir Prezidentin idarə etdiyi ölkənin vətəndaşıyıq.

Hörmətlə,

Şirəliyev Nəsimi

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi