Pərviz Ağayev və Ədalət Göyüşov, İsmayıllı, Azərbaycan
30 may 2025, 18:03
Hörmətli cənab Prezident!
Sizin uğurla həyata keçirdiyiniz iqtisadi siyasət nəticəsində ölkəmizdə yol-nəqliyyat infrastrukturunun inkişafı sahəsində mühüm layihələr həyata keçirilir. Həmin layihələrin tərkib hissəsi olaraq Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və vətəndaşlarımızın rahatlığının təmin olunmasına böyük töhfə verməklə yanaşı, turizm potensialının daha da genişlənməsinə şərait yaradır.
Bu il mayın 26-da rayonumuza səfəriniz zamanı rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək obyektlərin açılışlarında iştirak etməyiniz rayonumuz üçün böyük əhəmiyyət kəsb edir. Bu layihələrin həyata keçirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və rayonun inkişafı istiqamətində atılan mühüm addımdır.
Əziz Prezidentimiz, uğurla həyata keçirdiyiniz iqtisadi siyasətə görə İsmayıllı rayonunun ictimaiyyəti adından Sizə dərin ehtiramımızı bildirir, xalqımıza və dövlətimizə göstərdiyiniz xidmətlərə görə təşəkkür edirik. Əminik ki, rəhbərliyinizlə Azərbaycan daha da güclənəcək və qüvvətlənəcək.
Hörmətlə,
Göyüşov Ədalət Lətif oğlu,
Ağayev Pərviz Əlövsət oğlu.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.