Doğma torpağına qayıdan Ballıca kənd sakinindən, Xocalı, Azərbaycan
30 may 2025, 15:21
Hörmətli cənab Prezident,
Doğma torpaqlarımıza qayıdışımız təkcə tarixi ədalətin bərpası deyil, həm də milli ləyaqətimizin və kimliyimizin yenidən təsviridir. Bu qayıdış, həmçinin gələcək nəsillərimiz üçün ədalətli və sülhə əsaslanan bir gələcəyin bünövrəsini təşkil edir.
Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə işğaldan azad edilmiş ərazilərimizdə nəhəng sosial-iqtisadi layihələr həyata keçirilməklə Böyük Qayıdış ideyasının mərhələli şəkildə həyata keçirilməsi istiqamətində əmin addımlar atılır.
İşğaldan sonra bərpa edilmiş Ballıca kəndində biz sakinlər üçün hər cür şərait yaradılmışdır. Hazırda kəndimizdə 500-dən çox insan yaşayır və burada yaşadığımız üçün çox xoşbəxtik.
Cənab Prezident, dövlətimiz və xalqımız üçün gördüyünüz misilsiz işlərə görə Sizə təşəkkür edir, ən xoş arzularımızı çatdırırıq.
Tanrı Sizi qorusun!
Ballıca kənd sakinləri adından hörmətlə,
Rasim Əliyev
Azərbaycan Respublikası, Xocalı rayonu, Ballıca kəndi.