Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib
Text size


28 may 2025, 09:30
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!”.