logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Teymur Nəsirovdan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

30 may 2025, 12:02

Hörmətli cənab Prezident,

Siz ölkəmizin tərəqqisi və çiçəklənməsi, əhalinin güzəranının yaxşılaşdırılması üçün mühüm işlər görür, yeni təşəbbüslər həyata keçirirsiniz. Yeni-yeni sosial-infrastruktur obyektlərinin inşa edilərək istifadəyə verilməsi, küçələrin müasir üslubda abadlaşdırılması, yolların çəkilməsi və əsaslı təmiri, eləcə də digər işlər ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.

Cənab Prezident, mən çoxuşaqlı ailənin başçısı olaraq, Sizə dərin təşəkkür edirəm. Çünki, bizim ailə həm aztəminatlı, həm də çoxuşaqlı ailə olaraq dövlətimizin qayğısını daim hiss edir. Bu, Sizin diqqətiniz sayəsindədir. Allah ömrünüzü uzun etsin.

Hörmətlə,

Teymur Nəsirov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sarxanlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi